Bakıda “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” üzrə tədbir öz işinə başlayıb
4 Aprel 2024 15:49
Bu gün Bakıda “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə tədbir işə başlayıb. Tədbir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə keçirilir.
İki gün davam edəcək tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Milli Məclisinin, Qida Təhlükəsizliyi Agentliyinin, Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ), Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Səhiyyə Nazirliyinin (SN), Dövlət Gömrük Komitəsinin (DGK), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), FAO-nun, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) və digər qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbir çərçivəsində bu gün FAO və ÜST-nin alətindən istifadə etməklə qida nəzarəti sisteminin qiymətləndirilməsinin nəticələri üzrə texniki görüş keçirilir. Görüşdə qida nəzarəti sistemi üzrə prioritet sahələr və strateji tədbirlər müəyyənləşdirilir.
Bugünkü tədbiri giriş sözü ilə açan AQTA-nın sədr müavini Balarəhim Quliyev bildirib ki, “Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” adlı layihə Agentlik tərəfindən FAO-nun dəstəyi əsasında KTN, SN, DGK və TƏBİB-in iştirakı ilə regionda ilk dəfə ölkəmizdə reallaşdırılıb. Layihənin əsas məqsədi vahid və obyektiv formada ölkənin qida nəzarəti sisteminin effektivliyini qiymətləndirməkdir. Qiymətləndirmə prosesi rəsmi olaraq 2022-ci ilin iyununda təlim seminarı ilə başlayıb. AQTA və digər aidiyyəti qurumların əlaqələndirici şəxsləri FAO-nun qiymətləndirmə qrupu ilə sıx əməkdaşlıq edərək məlumatları toplayıblar. Təqdim olunan məlumatları təsdiqləmək üçün qiymətləndirmə qrupu tərəfindən 2023-cü ildə iki qiymətləndirmə missiyası həyata keçirilib. Həmçinin qeyd edilib ki, qiymətləndirmə milli qida nəzarəti sistemləri üçün Kodeks prinsipləri və təlimatlarına əsaslanır. Qiymətləndirmə aləti isə milli qida nəzarəti sistemini yalnız “klassik” sistem dinamikası üzrə deyil, həm də onun prosesləri daxilində baş verən qarşılıqlı əlaqələr və təkmilləşmə qabiliyyətinə görə təhlil etmək məqsədi daşıyır. Bu da milli qida nəzarəti sisteminin yalnız standart funksionallığını deyil, həm də sistemin daxilindəki təkmilləşmə, yeniliklər və proseslərdəki dəyişiklikləri qiymətləndirməyə imkan verir.
Görüşdə çıxış edən FAO-nun ölkəmizdəki nümayəndəsinin müavini Bariz Mehdiyev diqqətə çatdırıb ki, qiymətləndirmə nəticəsində respublikamızdakı mövcud qida təhlükəsizliyi sistemi üzrə FAO-nun və ÜST-nin müəyyənləşdirdiyi ideal sistemlərin 25 səriştəsinin (kompetensiya) nəzərə alındığı və işlək olduğu aşkarlanıb. Bu isə mövcud qida təhlükəsizliyi sisteminin beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş standart və tələblərlə uyğunluğunu göstərir. Eyni zamanda vurğulanıb ki, layihəyə cəlb olunan beynəlxalq ekspertlər qiymətləndirmə prosesində əldə edilən nəticələrdən çıxış edərək ölkəmizdə qida təhlükəsizliyi sistemində böyük nailiyyətlərin əldə olunduğunu bildiriblər.
Tədbirdə daha sonra AQTA və FAO-nun nümayəndələri təqdimatlarla çıxış edib, sessiyalar, sual-cavab panelləri təşkil olunub, müzakirələr aparılıb, qida nəzarəti sistemi üzrə prioritet sahələr və strateji tədbirlər müəyyənləşdirilib.
Tədbir sabah FAO və ÜST alətindən istifadə etməklə qida nəzarəti sisteminin qiymətləndirilməsinin nəticələri üzrə görüşlə davam edəcək.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş