Bakıda fəaliyyət göstərən alkoqollu və alkoqolsuz içkilərin satışı obyektində yoxlama keçirilib
30 Oktyabr 2023 16:54
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 44 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Xəyyam Məhəmməd oğluna məxsus alkoqollu və alkoqolsuz içkilərin topdan və pərakəndə satışı obyektində Agentlik əməkdaşları tərəfindən keçirilən planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Ticarət obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, anbar sahəsində hər biri 300 ml olan “Doğan Ay” əmtəə nişanlı 17 ədəd acılı və 8 ədəd acısız şalğam suyunun etiketlənməsində Azərbaycan dilində məlumatların olmadığı, məhsulların saxlanma şəraitinə əməl edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Azərbaycan dilində etiket məlumatları olmayan məhsulların satışı dayandırılıb, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş