Bakıda fəaliyyət göstərən ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb
22 May 2024 17:23
Daxil olan müraciət əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 32 ünvanında fəaliyyət göstərən “Number One” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları plandankənar yoxlama keçirib.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulduğu müəyyən edilib. Belə ki, ictimai iaşə müəssisəsində Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı olmayan, həmçinin istehsal tarixləri qeyd edilməyən müxtəlif əmtəə nişanlı saxta alkoqollu içkilər aşkarlanıb. Müayinələrin aparılması məqsədilə məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş