Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb
7 Oktyabr 2024 11:49
Mediada yayılan video görüntülər əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 132 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Zülfü Rəşid oğluna məxsus “Zülfü Ustanın Dönəri” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və bir sıra ciddi nöqsanlar aşkarlanıb. Həmçinin qida obyektində müxtəlif həşəratlar və ev heyvanı (pişik) müşahidə edilib.
Baxış zamanı obyektdə tullantılar üçün ağzı kip bağlanan və qoxu yaymayan qablardan istifadə edilmədiyi, emal sahəsində tavanın tamlığının pozulduğu, divarların gigiyenik materialla üzlənmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, müvafiq geyim forması və fərdi mühafizə vasitələri ilə təmin olunmadığı, qida məhsullarının və avadanlıqların yuyulması üçün yuma çanağının mövcud olmadığı, təmizlik inventarlarının və yuyucu maddələrin saxlanılması, eləcə də işçilər üçün ayrıca sahənin təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, kanalizasiya xətlərinin izolyasiya edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Müayinələrin aparılması məqsədilə istehlaka hazır qidalardan (toyuq dönəri, kartoflu peraşki) nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş