Bakıda qanunsuz fəaliyyət göstərən anbarın fəaliyyəti məhdudlaşdırılıb
4 Avqust 2023 17:58














Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi, N.Gəncəvi küçəsində fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Nəcbəddin İsmayıl oğluna məxsus anbarda yararsız pendir məhsullarının qablaşdırılması və etiketlənməsi ilə bağlı daxil olan vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, anbarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qanunvericiliyə uyğun olaraq etiket və markalanması olmayan 220 kq saçaq pendir, 90 ədəd 250 qramlıq mozzarella pendiri, ümumi çəkisi 145 kq sosiska məhsulu, 350 kq pendir, 56 kq süzmə şor, istifadə müddəti bitmiş 7 ədəd 16 kiloqramlıq qatıq aşkarlanıb. Həmçinin məhsulların divar və döşəmədən ara məsafə gözlənilmədən saxlanıldığı, işçi heyətin dolablar, sanitar məişət avadanlıqları ilə təchiz edilmiş soyunub geyinmə sahəsi və xüsusi geyimlərlə (saç toru, önlük, xalat, əlcək və s.) təmin edilmədiyi, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı açıq zibil qutularında saxlanıldığı məlum olub. Sosiska məhsullarının müşayiətedici sənədləri və işçilərin dövri tibbi müayinədən keçmələrinə dair sənədlər yoxlamaya təqdim edilməyib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Oxşar xəbərlər

Yardımlıda çörək istehsalı müəssisəsində normativ tələblərin pozulduğu aşkarlanıb
Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 153 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qənbərov Güloğlan Qiyas oğluna məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, sanitar-gigiyenik tələblərə əməl olunmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Bərdədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Lək kəndində fəaliyyət göstərən “Qədiroğlu” MMC-yə məxsus “Qədiroğlu” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə yararlılıq müddəti bitmiş toyuq əti və şirniyyat, qanunvericiliyə uyğun etiket məlumatları olmayan ərik qurusu, müşayiətedici sənədləri olmayan ət məhsulları aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Biləsuvarda “Nur” şadlıq sarayında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, Xırmandalı kəndində fəaliyyət göstərən Muxtarzadə Səbuhi Əlirahim oğluna məxsus “Nur” şadlıq sarayında yoxlama keçirib.
