Bakıda qanunsuz fəaliyyət göstərən çiy dönər emalı müəssisəsi aşkarlanıb
29 Avqust 2024 14:09
Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Əfşan Fazil oğluna məxsus çiy dönər emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal prosesinin və ləvazimatların yuyulmasının eyni sahədə həyata keçirildiyi, xammalların saxlanması üçün sahələrin ayrılmadığı, müəssisənin giriş qapısının birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan avadanlıqların tamlığının pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təşkil edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə çiy dönər istehsalı və qida məhsullarının emalı üzrə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş