Bakıda yoxlama aparılan bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırıldı
22 Noyabr 2023 10:24
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri davam etdirilir.
Xəbər verdiyimiz kimi, dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlər keçirilib.
Monitorinqlər çərçivəsində noyabr ayının ilk ongünlüyündə 107 toyuq əti və 102 mal əti olmaqla, ümumilikdə, 209 hazır dönərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsi mənfi çıxan, müxtəlif bakteriya və s. uyğunsuzluq aşkarlanmış dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən plandankənar yoxlamalar həyata keçirilib. Belə ki, 2023-cü ilin 20 noyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 345A ünvanında fəaliyyət göstərən “Mersin Öz Tantuni” dönər evində, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu 57 ünvanında fəaliyyət göstərən “Ordubad” kafesində, Qaradağ rayonu, Binə Ticarət Mərkəzinin yanında fəaliyyət göstərən “Alaturka” dönərxanasında, Nərimanov rayonu, A.Nemətulla küçəsi 73 ünvanında fəaliyyət göstərən “By Mersin Öz Tantuni” dönərxanasında, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə ünvanında fəaliyyət göstərən “Tam Dad” dönərxanasında, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək küçəsi 33 ünvanında fəaliyyət göstərən "İstanbul Dönər" ictimai iaşə obyektində, Nizami rayonu, Q.Qarayev prospekti 51/57 ünvanında fəaliyyət göstərən "Öz Tantuni" ictimai iaşə obyektində, Suraxanı rayonu, Əmircan ŞTQ, M.Mustafayev küçəsi 20A ünvanında fəaliyyət göstərən "Adana Dönər", Nəsimi rayonu, S.Vurğun küçəsi 58, m. 22A ünvanında fəaliyyət göstərən "Tantuni" ictimai iaşə obyektlərində plandankənar yoxlamalar həyata keçirilib.
Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda, qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş