Balakən rayonunun meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb
29 Sentyabr 2021 11:31
![Balakən rayonunun meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4785/16824837685516.jpg)
![Balakən rayonunun meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4785/16824837685517.jpg)
![Balakən rayonunun meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4785/16824837685518.jpg)
![Balakən rayonunun meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4785/16824837685516.jpg)
![Balakən rayonunun meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4785/16824837685517.jpg)
![Balakən rayonunun meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4785/16824837685518.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə meyvə bağlarında fitosanitar monitorinqləri davam etdirir.
Belə ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Balakən rayonunda meyvə bağlarında həyata keçirilən monitorinqlər zamanı karantin tətbiq edilən meyvə ağaclarının bakterial yanığı (Erwinia amylovora) xəstəliyi, şərq meyvəyeyəni (Grapholita molesta), tut çanaqlı yastıcası (Pseudaulacaspis pentagona) aşkar edilib. Sirayətlənmiş bitki orqanlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasına təqdim olunub.
Monitorinqlər zamanı aşkar edilmiş zərərli orqanizmlər, onların iqtisadi zərəri, eyni zamanda ixrac potensiallı müəssisələrə ixrac zamanı sahibkarın vəzifə və öhdəlikləri, fitosanitar ixrac prosesləri, xarici ölkələrin idxal fitosanitar tələbləri haqqında təsərrüfat sahiblərinə məlumat verilib, zərərli orqanizmlərə qarşı müvafiq bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi üçün zəruri tövsiyələr verilib.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)