“BƏRDƏ TİCARƏT” ASC-yə məxsus ərzaq məhsullarının topdan və pərakəndə satışı bazarında nöqsanlar aşkarlanıb
6 Fevral 2021 11:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin əməkdaşları tərəfindən Bərdə şəhəri, Ü. Hacıbəyov küçəsində fəaliyyət göstərən “BƏRDƏ TİCARƏT” ASC-yə məxsus ərzaq məhsullarının topdan və pərakəndə satışı bazarında yoxlama keçirib. Yoxlama zamanı bazarda satışa çıxarılan heyvan mənşəli məhsulların və onlardan emal olunmuş məhsullara dair müvafiq müşayiətedici sənədlərin olmadığı, baytarlıq ekspertizasından keçmədən satışa çıxarıldığı, o cümlədən realizasiya edilmiş turşular da daxil olmaqla sözügedən məhsulların mənşəyinin məlum olmadığı, satışa çıxarılan balıqların birbaşa asfalt örtüyü üzərinə yığıldığı, həmçinin qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələblərinə əməl edilmədiyi məlum olub. Ərzaq satışı müəssisəsində yararlılıq müddəti bitmiş qida məhsulları Agentliyin əməkdaşları tərəfindən satışdan çıxarılaraq məhv edilib. Bununla yanaşı, bazarda çalışan işçilərin, xüsusilə də qida məhsulları ilə təmasda olan işçilərin sanitar geyimlərdən istifadə etmədiyi, habelə ilkin və dövri olaraq tibbi müayinələrdən keçmədiyi aşkar edilib. Satışa çıxarılmış mənşəyi məlum olmayan nehrə yağından nümunələr götürülərək müayinələrinin aparılması üçün AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş