Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb
13 Mart 2021 12:22
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin əməkdaşları tərəfindən Bərdə rayonu, Bakı küçəsində fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Şahin Müzəffər oğluna məxsus çörək istehsalı sexində yoxlama keçirilib. Yoxlama zamanı sexin sanitariya norma və qaydalarına, qida təhlükəsizliyi sahəsində qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə riayət edilmədiyi məlum olub. Belə ki, sexdə çörək istehsalı zamanı istifadə edilən un və duzun birbaşa döşəmə üzərində saxlanıldığı, xammal olaraq istifadə edilən unun kənar qarışıqlardan təmizlənmədiyi, sexin girişində dezbaryerlərin qurulmadığı, divarların vaxtaşırı olaraq təmizlənmədiyi aşkar edilib. Sexə baxış zamanı məlum olub ki, anbarda temperatur və nisbi rütubətə nəzarət edən nəzarət-ölçü cihazları yerləşdirilməyib, çirkab suların yığılması, həşərat və yad cisimlərin girişinin əngəllənməsi məqsədilə heç bir tədbir görülməyib, həmçinin sexdə dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmayıb.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qeyd edək ki, AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş