Bərdədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıb
5 Aprel 2023 10:05


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Kanon” aptekdə aparılan monitorinq zamanı qida məhsullarının üzərində onlara xas olmayan təsir və ya xassələrinin qeyd edildiyi məlum olub. Belə ki, aptekdə “Herbaflora” əmtəə nişanlı hər birindən 1 ədəd olmaqla küncüt yağı (100 ml), alaqanqal yağı (100 ml), zəyərək yağı (100ml), balqabaq yağı (100ml), hər birindən 2 ədəd olmaqla zeytun yağı (100 ml), çaytikanı yağı (100 ml), 1 ədəd “Grano” əmtəə nişanlı kətan yağı (100 ml), 1 ədəd “Al Dawaa” əmtəə nişanlı qara zirə yağı (100 ml), 1 ədəd “UD Hindi” əmtəə nişanlı (100 ml) yağların etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlərin qeyd edildiyi aşkar olunub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, qeyd olunan məhsullar saxlanca qoyularaq dövriyyədən çıxarılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər

Sumqayıtda dönərxanada nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, 6-cı mikrorayon, Yeni Corat qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Kərimli İbrahim Əlisa oğluna məxsus “Xan” dönərxanasında yoxlama keçirib. Baxış zamanı dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı ictimai iaşə obyektinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Cəlilabadda fəaliyyət göstərən marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Cəlilabad şəhəri, Cavadxan küçəsində fəaliyyət göstərən, fiziki şəxs Kərimov Pərviz Saleh oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə mal qonşuluğu prinsipinin pozulduğu, un məmulatlarının açıq şəkildə satışının həyata keçirildiyi müəyyən olunub. Eyni zamanda yararlılıq müddəti bitmiş alkoqolsuz içki, kolbasa və digər qida məhsulları aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar məhv edilib.

Cəlilabadda çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
Cəlilabad şəhəri, Cavadxan küçəsi, Cəlilabad bazarı ərazisində fəaliyyət göstərən, fiziki şəxs Qasımova Təranə Sucəddin qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda sanitar-gigiyenik tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, döşəmə, divar və qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.
