Bərdədə qanunsuz fəaliyyət göstərən ət məhsullarının istehsalı sexi aşkarlanıb
22 Yanvar 2021 17:55
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Lək kəndində yerləşən, fiziki şəxs Qurbanov Mərhəmət Mütalif oğluna məxsus ət və ət məhsullarının istehsalı sexinə baxış keçirilib. Baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə texnoloji ardıcılıq prinsipinə əməl olunmadığı, 1 və 3 kq-lıq polietilen paketlərdə qablaşdırılan sosiskaların üzərində istehlakçı üçün zəruri olan məlumatların öz əksini tapmadığı, istehsalda istifadə olunan suyun filtrdən keçirilmədiyi və laborator müayinələrinin aparılmadığı, məhsulların bişirilməsində istifadə olunan sobanın üzərində termometrin quraşdırılmadığı, ət və ət məhsullarının baytarlıq ekspertizasından keçirilmədən istehsal edildiyi, havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, anbarda saxlanılan xammalların üzərində markalanmanın aparılmadığı, işçilərin ilkin və dövri olaraq tibbi müayindən keçirilmədiyi məlum olub. Müəssisədə istehsal olunan “Fərqli Dad” nişanlı bişmiş, hisə verilmiş kolbasadan və sosiskadan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müəssisənin fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş