Beynəlxalq ekspert Fahrettin Özcan AQTİ mütəxəssislərinə təlim keçib
26 Yanvar 2021 15:00
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Həmçinin kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlıqlarının artırılması məqsədilə mütəxəssislərin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
Növbəti belə təlim Türkiyənin Letgen şirkətininin rəhbəri, bu sahədə beynəlxalq ekspert Fahrettin Özcan tərəfindən İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasının virusoloq və molekulyar bioloqları ilə keçirilib.
Bildirilib ki, pomidor və bibər bitkisinin təhlükəli virus xəstəliklərindən biri də pomidor meyvələrinin qonur qırışıqlıq virusudur. Fitosanitar riski və iqtisadi zərəri baxımından Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) A2 siyahısına daxil edilmiş bu virus 2014-cü ildən başlayaraq Avropa qitəsində sürətlə yayılır.
Fitosanitar sahədə virusoloji müayinələrdə molekulyar üsulların tətbiqinin genişləndirilməsi məqsədilə keçirilən təlimlərdə türkiyəli beynəlxalq təlimçi F. Özcan tərəfindən Real Zamanlı PZR cihazında sözügedən virusun həmin şirkətə məxsus kit dəstləri ilə təyini üzrə zəruri məlumatlar verilib və laboratoriyada pomidor meyvələrinin qonur qırışıqlıq virusunun Real Zamanlı PZR ilə təyini üsulunun tətbiqinə başlanılıb.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş