BİLDİRİŞ
3 Sentyabr 2020 12:11
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tender komissiyası bildirir ki, nümunə götürmək üçün tibbi ləvazimatların satın alınması məqsədilə 01 iyul 2020-ci il tarixdə elektron qaydada elan edilmiş açıq tenderin nəticələrinə əsasən "Vitta Elmi-Texniki" MMC qalib olmuş və həmin təşkilatla 1 sentyabr 2020-ci il tarixdə 151,996.39 manat məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır.
Tender komissiyası
Oxşar xəbərlər
Bərdədə Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri həyata keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Bərdə rayonunda Amerika ağ kəpənəyinin yayılma vəziyyətinin öyrənilməsi və əhalinin zərərverici ilə mübarizə üsulları barədə maarifləndirilməsi məqsədilə fitosanitar monitorinq və maarifləndirmə işi aparılıb. Tədbirlər rayonun Alaçadırlı, Zümürxan və Qasımbəyli kəndlərində, eləcə də yolkənarı ərazilərdə aparılıb. Zərərvericinin yayılmasının qarşısının alınması məqsədilə mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Göyçayda Gavalının cibcibə virusu aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri həyata keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin karantin tətbiq edilən zərərli orqanizmlərdən mühafizəsi və onların yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Bu çərçivədə Göyçay rayonunun Mallı-Şıxlı kəndində fiziki şəxs Mədinə Adil qızı Karahana və hüquqi şəxs “Göynar Agro” MMC-yə məxsus meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb. Şaftalı və nektarin bitkilərindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – Gavalının cibcibə virusu aşkarlanıb. Virus ocağının ləğv edilməsi məqsədi ilə fitosanitar mübarizə tədbirləri görülüb.
Amerika ağ kəpənəyinə qarşı monitorinqlər davam edir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsi tərəfindən Amerika ağ kəpənəyinin (Hyphantria cunea) yayılmasının qarşısının alınması, zərərvericinin zamanında aşkarlanması və əhali arasında məlumatlılığın artırılması məqsədilə Zaqatala və Qax rayonlarının müxtəlif kəndlərində monitorinq və maarifləndirmə tədbirləri həyata keçirilib. Amerika ağ kəpənəyinin aşkar edildiyi ərazilər qeydə alınaraq, həmin sahələrdə müvafiq fitosanitar tədbirlərin görülməsi üçün aidiyyəti qurumlar və məsul şəxslər məlumatlandırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş