“Biləcəri" bazarında monitorinq keçirilib - VİDEO
8 Dekabr 2025 17:53
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ştq, M.S.Ordubadi küçəsi 7A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Rauf Vaqif oğluna məxsus “Biləcəri" ərzaq bazarında monitorinq keçirib.
Baxış zamanı bazarda texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, balıqların, süd və turşu məhsullarının soyuducudan kənarda üzəri açıq şəkildə, saxlanma şəraitinə və temperatur rejiminə əməl edilmədən satışa çıxarıldığı müəyyən edilib. Bazarda yüksək riskli məhsulların (ət və süd) müşayiətedici sənədlərinin olmadığı, konservləşdirilmiş məhsulların etiket məlumatlarının qeyd edilmədiyi aşkarlanıb. Həmçinin işçilərin xüsusi geyim ilə təmin olunmadığı müəyyən edilib.
Nöqsanlarla bağlı bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib, satıcılara qanunvericiliyin tələbləri izah olunub.
Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş