“Biləsuvar Aqro” MMC-yə məxsus süd məhsulları istehsalı müəssisəsində bir sıra nöqsanlar aşkar olunub
30 Aprel 2022 18:50
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Rusiya Federasiyasının “Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti”ndən daxil olan müraciət əsasında, Biləsuvar şəhəri, H. Əliyev prospektində yerləşən, “Biləsuvar Aqro” MMC-yə məxsus süd məhsulları istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən həyata keçirilmiş plandankənar yoxlama zamanı süd məhsullarının istehsalı üçün istifadə olunan xammalın müxtəlif təsərrüfatlardan alındığı və bir çox hallarda qəbul edilən südün baytarlıq arayışları ilə müşayiət olunmadığı aşkar edilib. Belə ki, aprel ayı ərzində 40 təsərrüfat subyektindən süd qəbul edilsə də, yoxlama zamanı yalnız 2 təsərrüfat subyekti üzrə qəbul edilmiş baytarlıq şəhadətnaməsi təqdim olunub.
İstehsal olunmuş məhsullara keçirilən baxış zamanı bəzi məhsulların etiket məlumatlarının istehsal tarixində uyğunsuzluq müəyyən edilib. Belə ki, 14 aprel 2022-ci il tarixində istehsal olunmuş, lakin istehsal tarixi 10.05.2022-ci il qeyd olunan 3 ton “Səba” əmtəə nişanlı, 82.5%-li kərə yağı aşkar edilib. Xammal və hazır məhsul anbarına keçirilən baxış zamanı pendir istehsalında Danimarka istehsalı “YF-L812” əmtəə nişanlı, qatıq istehsalında “YF-3331” əmtəə nişanlı hər biri 52 qr olan istifadə müddəti bitmiş maya məhsulları aşkar edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş