Biləsuvarda ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
22 Aprel 2026 12:52
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, H.Aslanov küçəsi ev 11 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İskəndərov Müşviq Hüseyn oğluna məxsus kafedə yoxlama keçirib.
İctimai iaşə obyektində divar, döşəmə və tavan hissələrinin asan yuyulabilən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlarla əlaqədar fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam edir
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları şimal bölgəsində maarifləndirmə görüşləri keçirib. Xaçmaz rayonunun Nərəcan, Pirquluoba, Çarxı və Sayad kəndlərində, həmçinin Quba rayonunun Zərdabi qəsəbəsi və Alekseyevka kəndində təşkil olunan görüşlərdə sakinlərə zərərvericinin yayılma yolları, kənd təsərrüfatına vurduğu ziyan və onunla mübarizə üsulları barədə məlumat verilib. Onları maraqlandıran suallar cavablandırırlıb, məlumat kitabçaları paylanılıb.
Gəncədə fəaliyyət göstərən “Kəpəz-Bazar” ASC-yə məxsus bazarda nöqsanlar aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhərində yerləşən “Kəpəz-Bazar” ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulduğu məlum olub. Bazar ərazisində süd və süd məhsullarının, ət və ət məhsullarının açıq hava şəraitində antisanitar vəziyyətdə satıldığı və baytarlıq müşayiətedici sənədlərinin olmadığı, meyvə-tərəvəz və bitkiçilik məhsullarının satışının sanitar-gigiyenik normalara cavab verməyən yerlərdə həyata keçirildiyi, avadanlıqların, qida ilə təmasda olan piştaxtaların və rəflərin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı, çalışan şəxslərin gigiyena qaydalarına ciddi əməl etmədiyi aşkarlanıb. Bazarın daxilində yerləşən ticarət yerlərində də sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı müəssisənin hüquqi nümayəndəsi barədə inzibati pr
Qida təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması məqsədilə növbəti təlim təşkil olunub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar təlimçisi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. Təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri ətraflı izah edilib, bu qaydalara gündəlik fəaliyyət zamanı riayət etməyin vacibliyi xüsusi vurğulanıb. Təlimçi tərəfindən qida zəncirinin bütün mərhələlərində yarana biləcək risklər və onların qarşısının alınması üsulları iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə şəxsi gigiyena qaydalarına əməl olunmasının qida təhlükəsizliyində həlledici rol oynadığı qeyd edilib. Bildirilib ki, qida sahəsində çalışan hər bir əməkdaş təmiz və səliqəli iş geyimindən istifadə etməli, əllərini mütəmadi və düzgün qaydada yumalı, həmçinin əlcək, baş örtüyü kimi qoruyucu vasitələrdən istifadə etməlidir. Bununla yanaşı, iştirakçılarla interaktiv müzakirələr aparılıb və onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Təlimin əsas məqsədi qida təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması, istehlakçıların sağlamlığının qorunmasına töhfə vermək olub
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
AQTA sədri Qoşqar Təhməzli ilə Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş olub
Giriş