Biologiya üzrə fəlsəfə doktoru: 6 aylıqdan kiçik quzuların kəsilməsi doğru hesab edilmir
12 May 2026 17:17
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Erkən kəsimə son” kampaniyası davam edir. Kampaniya çərçivəsində tanınmış ictimai xadimlər, elm adamları və beynəlxalq təşkilatların nümayəndələri təşəbbüsə qoşularaq ictimaiyyəti erkən kəsimin qarşısının alınmasına dəstək verməyə çağırırlar.
Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov kampaniyaya qoşularaq bildirib ki, quzuların erkən yaşda kəsilməsi elmi, iqtisadi, dini, ənənəvi və etik baxımdan məqsədəuyğun hesab edilmir.
Onun sözlərinə görə, 6 aylıqdan kiçik quzular əsasən südlə bəsləndiyindən onların əzələ toxuması, diş və mədə-bağırsaq sistemi tam formalaşmır. Bu isə ətin qida dəyərinə, zülal və mineral tərkibinə mənfi təsir göstərir.
Təvəkkül İsgəndərov vurğulayıb ki, südlə bəslənən körpə quzu məsumluğun simvoludur. Alim bildirib ki, körpə heyvana toxunmaq düzgün deyil və burada vicdan, insaf məsələsi ön plana çıxır. O, həmçinin dini baxımdan 6 aylıqdan kiçik quzuların kəsilməsinin doğru hesab edilmədiyini diqqətə çatdırıb.
Ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş