Bioloji aktiv qida məhsulları ilə bağlı monitorinqlər aparılıb
5 Sentyabr 2024 14:43
Bioloji aktiv qida məhsullarında kənar maddələrə dair Monitorinq Planına uyğun olaraq, Bakı şəhərində fəaliyyət göstərən bioloji aktiv qida məhsullarının (BAQM) satışı həyata keçirilən apteklərdə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər aparılıb.
Monitorinqlər çərçivəsində 29 ədəd BAQM-dan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında tərkibində qadağan olunmuş kənar maddələrin təyini üzrə müayinələrə cəlb edilib.
Müayinələr nəticəsində 2 şirkətin idxal etdiyi 3 məhsul nümunəsində BAQM-a xas olmayan və yalnız dərman vasitələrində mövcud olan kənar maddələr aşkar edilib.
Bununla əlaqədar, uyğunsuzluq aşkar edilmiş məhsulları idxal edən müəssisələrdə Agentlik tərəfindən yoxlamalar keçirilib. Belə ki, “Kenzo Man” və “Sessoday” əmtəə nişanlı məhsulları idxal edən “Bion Medical” MMC-də keçirilmiş plandankənar yoxlama zamanı sınaq nəticələrində uyğunsuzluq aşkar edilmiş və anbarda mövcud olan 1046 ədəd “Sessoday” əmtəə nişanlı BAQM-ın satışının qadağan edilməsi, həmin məhsulların dövriyyədən çıxarılması və aptek şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib və icra üçün sahibkara təqdim olunub, sahibkar barəsində qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb.
Eyni zamanda "Klavin Platinum" əmtəə nişanlı məhsulu idxal edən “Miral” MMC-də Agentlik tərəfindən plandankənar yoxlamanın aparılması üzrə prosedurlar icra olunmaqdadır.
Bundan əlavə, Agentlik tərəfindən aptek şəbəkələrinin rəhbərlərinə bu məhsulların satışdan kənarlaşdırılaraq idxalçı (təchizatçı) müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.
Uyğunsuzluq aşkar edilmiş məhsullar aşağıdakılardır:
|
Məhsulun adı |
İstehsalçı |
İdxalçı |
Məhsulun partiya/seriya nömrəsi, istehsal və son istifadə tarixi |
Aşkar edilmiş uyğunsuzluq |
|
“Sessoday” |
"Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San. Ve Tic. Ltd. Şti", |
“Bion Medical” MMC |
SD00522; |
Tadalafil |
|
“Kenzo Man” |
"XM World Wide Marketinq Kozmetik İlaç Pazarlama San. Dış Tic. Ltd. Şti", |
KM00525; |
||
|
“Klavin Platinum” |
"VITAPHARM-COM" MMC, |
“Miral” MMC |
CVP/C-020220; 15.11.2023-15.11.2026 |
Sildenafil |
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş