
Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux rayonlarının ərazilərində xırdabuynuzlu heyvanların taunu xəstəliyinə həssas ev və vəhşi xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinq keçirilir.

AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Dabaq Xəstəliyi üzrə Referens Laboratoriyası tərəfindən təşkil olunan səriştəlilik sınağında iştirak edib.

2024-cü il 5-7 mart tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Şamaxı, Xaçmaz, Masallı, Lənkəran və Şəmkir rayonlarında fəaliyyət göstərən 8 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Saca Faruq Abdullah arasında görüş keçirilib.

2024-cü il ərzində həyata keçirilməsi nəzərdə tutulan “Səriştəlilik testlərinin planı” və laboratoriyaların həmin sınaqlarda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması”) AQTİ-nin saytındakı (afsi.gov.az) “Səriştəlilik sınaqları” adlı bölmədə yerləşdirilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli martın 7-si Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.

“Sağlam məktəbli” layihəsi çərçivəsində 2024-cü il üzrə ilk görüşlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 96 və 109 nömrəli tam orta məktəblərdə təşkil olunub.

Agentliyin əməkdaşları tərəfindən Gəncə şəhəri, H.Əliyev küçəsi ilə P.Səmədov küçəsinin kəsişməsində fəaliyyət göstərən mağazada planlı yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı ilə məşğul olan sahibkarlarla videokonfrans formatında görüş keçirilib.