Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Türkmənistanda fəaliyyət göstərən müəssisədən pomidor məhsulu idxalına məhdudiyyət qoyulub
Türkmənistanda fəaliyyət göstərən müəssisədən pomidor məhsulu idxalına məhdudiyyət qoyulub

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Katora 44” MMC-nin Türkmənistandan idxal etdiyi 56 ton pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb. Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, istehsalçı şirkətə məhdudiyyət tətbiq edilib və Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib. Qeyd edək ki, pomidor meyvələrinin qonur qırışıqlıq virusunun əsas sahib bitkiləri pomidor, badımcan, bibər, tütün olub sirayətlənmə dərəcəsindən asılı olaraq pomidor təsərrüfatlarında 30-70% məhsul itkisinə səbəb olur. Sözügedən virus məhsulun əmtəəlik keyfiyyətini və rəf ömrünü aşağı salır. Virus beynəlxalq ticarətdə və ərazi daxilində əkin-səpin materialı, bitkinin müxtəlif hissələri, o cümlədən meyvələri ilə yayılır. Mexaniki yolla yayılma xüsusiyyətinin olması virusun daha geniş əraziləri sirayətləndirməsində önəmli rol oynayır.

"Möcüzə Qida – Ana Südü" mövzusunda konfrans keçiriləcək
"Möcüzə Qida – Ana Südü" mövzusunda konfrans keçiriləcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NUDİA) birgə həyata keçirdiyi "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsi davam edir. Bu layihə çərçivəsində növbəti tədbir Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfdaşlığı ilə mayın 6-da Yeni Klinikada keçiriləcək.  "Möcüzə Qida – Ana Südü" konfransında ana südünün insan sağlamlığında rolu, bu sahədəki elmi yanaşmalar və real həyat təcrübələri peşəkar mütəxəssislərin iştirakı ilə müzakirə olunacaq.  “Ana südünün əhəmiyyəti” və “Ana südü və anaların təcrübəsi: Reallıq və Çağırışlar” adlı panellər AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxovanın moderatorluğu ilə reallaşacaq. Qidalanma üzrə mütəxəssis Lalə Yaqubova, uzman pediatr Əkbər Quliyev, uzman ginekoloq Emin Haqverdiyev, psixoloq İradə İmanova "Ana südünün əhəmiyyəti", tibb elmləri doktoru Nurəngiz Hacıyeva, uzman cərrah-ginekoloq Şəlalə Məmmədova, həkim-diyetoloq Tutu Zeynalova, mütəxəssis-mama Turanə Türkoğlu isə “Ana südü və anaların təcrübəsi: Reallıq və Çağırışlar” panellərində çıxış edəcəklər.  Konfransda iştirak etmək istəyən dinləyicilərin iştirakına şərait yaradılacaq. Panel müzakirələrdə iştirak etmək istəyən hamilə qadınlar 4 may saat 17:00-dək https://forms.gle/yQJ3w4rssk85Zch7A linkdən qeydiyyatdan keçə bilərlər. İştirakı təsdiqlənən şəxslərlə əlaqə saxlanılacaq.  Bu tədbirə qatılan hamilə qadınlar və gələcək analar dünyaya gətirəcəkləri körpənin sağlam böyüməsi üçün çox faydalı məlumatlar əldə edəcək. Ana südü – yalnız körpə üçün deyil, həm də cəmiyyət üçün sağlam gələcəyin başlanğıcıdır. Gəlin bu mövzuda maarifləndirməyə bir addım da biz ataq!

Təsərrüfatların qeydiyyatı sağlam və təhlükəsiz qida istehsalı üçün olduqca vacibdir
Təsərrüfatların qeydiyyatı sağlam və təhlükəsiz qida istehsalı üçün olduqca vacibdir

Bitkiçilik sahələrinin inkişafı üçün ən vacib addımlardan biri bitki mənşəli məhsul istehsalı sahələrinin, o cümlədən ailə təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınmasıdır. Qeydiyyata alınmış təsərrüfatlarda bitki xəstəlikləri və zərərvericilərin yayılmasının qarşısını alınmasına nəzarət daha asan vəçevik formada həyata keçirilir. Belə ki, həmin təsərrüfatlarda aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər görülməsi üçün monitorinq və müşahidələr aparılır. Təsərrüfatlarda bitki xəstəlik və zərərvericilərindən azad toxum və tinglərdən istifadə təşviq edilir. Eləcə də torpaq resurslarından əhalinin tələbatına uyğun istifadə edilməsi məqsədilə dəqiq uçot aparılır.  Həmçinin təsərrüfat sahiblərinə zərərvericilərlə mübarizə üsulları, torpağın münbitliyinin artırılması, düzgün pestisid və gübrələmə üsullarından istifadə barədə təlimlər keçirilir.  Görülən işlərin nəticəsində isə təsərrüfat sahibləri bitki və bitkiçilik məhsulları üçün dövlətdən fitosanitar sertifikatlar əldə edirlər. Bu da daxili bazarda məhsul satışını artırır, eləcə də xarici bazara daha asan çıxışı təmin edir. Eyni zamanda, beynəlxalq ticarətdə rəqabət qabiliyyətini gücləndirir.  Qeyd edək ki, qeydiyyat yalnız qanunla tələb olunan addım deyil, həm də təsərrüfatların davamlı inkişafı, daha sağlam qida istehsalı və güclü bazar əlaqələri qurulması üçün mühüm tədbirdir.

Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam etdirilir
Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam etdirilir

Qəhvəyi mərmər bağacığının respublikada yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının ləğv edilməsi və fitosanitar sabitliyin qorunub saxlanılması məqsədilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan Regional Əlaqələndirmə Mərkəzinin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə İşçı qrupunun görüşü keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin əməkdaşları və yerli icra hakimiyyəti orqanlarının nüməyəndələri iştirak ediblər. Görüş zamanı Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Qarşıda duran cari problemlər və icrası vacib məsələlər müzakirə olunub.  Qeyd edək ki, Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar Xətt” fəaliyyət göstərir. Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, zərərvericiyə qarşı mübarizə tədbirləri barədə məlumatlar əldə edə bilərlər: +994 99 708 85 88 (Qərb rayonları üzrə) +994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə)

“Bitki sağlamlığı haqqında” Qanun layihəsi meyvə-tərəvəz istehsalçıları və ixracatçıları ilə müzakirə olunub
“Bitki sağlamlığı haqqında” Qanun layihəsi meyvə-tərəvəz istehsalçıları və ixracatçıları ilə müzakirə olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri və bu sahədə fəaliyyət göstərən sahibkarlarla ictimai müzakirəsi təşkil edilib.   Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib.  Qanun layihəsində müasir dövrdə kənd təsərrüfatı bitkilərində yaranan rezistentliyin aradan qaldırılması, torpaqda və bitkidə pestisid və aqrokimyəvi maddələrin qalıq miqdarının minimuma endirilməsi məqsədilə inteqrir mübarizə və digər alternativ daha təhlükəsiz mübarizə üsullarının ön planda olduğu xüsusi vurğulanıb. Ölkədə istehsal edilən bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması, ixrac bazarının genişləndirilməsi istiqamətində ilkin istehsalla məşğul olan bitkiçilik məhsullarının növlərinə görə ərazisi müvafiq orqan (qurum) tərəfindən müəyyən edilən həddən çox olan bitkiçilik obyektlərinin bitki sağlamlığına daxili nəzarət sisteminə, o cümlədən  bitkiçilik subyektlərində onları bitki və bitkiçilik məhsulları, əkin və səpin materialları və digər karantin nəzarətində olan materiallarla təchiz edən və ya bitki və bitkiçilik məhsulları, əkin və səpin materialları və digər karantin nəzarətində olan materiallarla təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olması Qanun layihəsində qoyulan başlıca tələblərdəndir. “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Bəşir Quliyev Qanun layihəsinin hazırlanmasını yüksək qiymətləndirərək, müvafiq sahədə mövcud olan problemlərin aradan qaldırılmasında, praktikaya yönəlik hüquqi bazanın formalaşmasında xüsusi əhəmiyyət kəsb edəcəyini bildirib. Layihədə yer alan və beynəlxalq qanunvericiliyə və təcrübəyə əsaslanan yeni yanaşmaların (vahid Bitki Sağlamlığı Reyestrinin yaradılması, monitorinq, izləmə sisteminin formalaşdırılması, zərərli orqanizmlərdən azad istehsal yeri və ya sahələrinin yaradılması, elmi-tədqiqata və risklərin idarəedilməsinə əsaslanan yeni mexanizmlərin yaradılması, inteqrir, bioloji, biotexniki mübarizəyə təşviq və s.) bitkiçilik məhsullarının ilkin istehsalı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar tərəfindən xüsusilə müsbət qarşılandığı qeyd olunub. Görüşdə sahibkarların yeni Qanun layihəsi ilə bağlı təklifləri dinlənilib, müzakirələr aparılıb.

Video
Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir