
Çox vaxt verdiyimiz qərarlar aldığımız məlumatların keyfiyyəti ilə müəyyənləşir. Şəkər istehlakını azaldıb-azaltmamağımızla bağlı verəcəyimiz qərar da şəkərli qidaların sağlamlığımıza göstərdiyi təsirlər barədə düzgün, etibarlı və elmi məlumatlara əsaslanmalıdır.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Kollegiyasının “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarında dəyişiklik edilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yanvarın 12-si Salyan Rayon İcra Hakimiyyətində Şirvan şəhəri və Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir. Bu çərçivədə hər kəsə şəkəri normaya uyğun qaydada istehlak etmək tövsiyə olunur.

Bayram günlərində bir sıra media orqanlarında guya saxta spirtli içkidən zəhərlənmə hallarının baş verməsi ilə bağlı rəsmi mənbədən dəqiqləşdirilməmiş məlumatlar, bəzi “ekspert”lərin şərhləri yayılıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sözügedən məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb.

Ölkə ərazisinə qanunsuz yollarla gətirilən keyfiyyətsiz, mənşəyi və tərkibi standartlara cavab verməyən bioloji aktiv qida məhsullarının sosial şəbəkələrdə reklam edilərək qanunsuz satışının təşkil edildiyi barədə çoxsaylı məlumatlar daxil olub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin V Plenum iclası keçirilib. Onlayn təşkil olunan iclasda komitənin üzvləri, ilk həmkarlar təşkilatlarının sədrləri və digər nümayəndələr iştirak edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlakçılara qida məhsullarının qablaşdırıldığı materialların mümkün zərərlərinə məruz qalmamaq üçün şüşə, saxsı, taxta qablardan və ya kağız torbalardan istifadə etmək tövsiyə olunur.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Tunis Respublikasının Sidi-Bu-Zid vilayətində dabaq, Moldova Respublikasının Ştefan-Voda, Drokiya, Rezina rayonlarında, Polşa Respublikasının Dolnoslask Nijnesilezsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.