Bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatının verilməsi qaydasında dəyişiklik edilib
11 Dekabr 2025 17:07
Nazirlər Kabinetinin 2025-ci il 4 dekabr tarixli 373 nömrəli Qərarı ilə bir sıra qaydalar təsdiq olunub. Qərarda bitki və bitkiçilik məhsullarının Azərbaycan Respublikasının bir ərazisindən başqa əraziyə daşınan zaman daxili karantin sertifikatının verilməsi qaydası müəyyənləşib. Habelə ixrac (təkrar ixrac) edilən bitki və bitkiçilik məhsullarına (yüklərə) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi qaydası müəyyən edilib. Tələb olunan sənədlər, ixrac ediləcək yükün daşınması üçün istifadə edilən taxta qablaşdırma materiallarına qoyulan tələblər, daxili karantin və fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsindən imtina halları, daxili karantin və fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının nümunəvi formaları Qərarda göstərilib.
Qərar fitosanitar nəzarəti sahəsində sabitliyin təmin olunması, zərərli orqanizmlərin ölkə daxilində daha geniş ərazidə yayılmasının qarşısının alınması, mübarizə işlərinin operativ və effektiv təşkili, bitki və bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğunun təsdiqinin təmin olunmasına şərait yaradacaq.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş