Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
4 Dekabr 2021 13:14
![Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/3139/16824827065952.jpg)
![Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/3139/16824827065952.jpg)
Dekabrın 3-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pomidor, alma, xurma, nar və göyərti məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib.
AQTA-nın sədr müavini Rəşad Mafusovun iştirakı ilə keçirilən görüşdə bitkiçilik məhsullarına qoyulan ixrac tələbləri, Agentlik tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri, eyni zamanda Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ilə aparılan danışıqlar və əldə olunan nəticələr barədə sahibkarlar məlumatlandırılıb. Bildirilib ki, istehsal olunan bitkiçilik məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması daim sahibkarların diqqət mərkəzində olmalıdır. Eyni zamanda bitkiçilik təsərrüfatlarında zərərvericilərə qarşı mübarizə tədbirləri çərçivəsində yeni metodların tətbiqinin əhəmiyyəti və bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbirlər sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)