Bitkiçilik məhsullarının ixracı istiqamətində işlər davam etdirilir
29 Oktyabr 2025 16:37
Xurma, nar, pomidor və digər bitkiçilik məhsullarının xarici bazarlara ixracı istiqamətində görülən tədbirlər intensiv şəkildə davam etdirilir. Məqsəd Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması və ixrac prosesinin beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır.
İxrac zamanı beynəlxalq ticarət vasitəsilə karantin zərərvericilərinin yayılmasının qarşısının alınması məqsədilə “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərə və bu çərçivədə təsdiq edilmiş Beynəlxalq Standartlara ciddi riayət olunmalıdır. Bununla yanaşı, ixracatçılardan idxalçı ölkələrin qablaşdırma və etiketləmə tələblərinə əməl edilməsi tələb olunur.
Bitkiçilik məhsullarının daşınmasında istifadə edilən taxta altlıqlar və digər qablaşdırma materialları beynəlxalq standartlara uyğun şəkildə işlənməli, məhsulların etiketlənməsi isə idxalçı ölkələrin tələblərinə əsaslanmalıdır. Etiketlərdə yerləşdirilən məlumatların oxunaqlı, davamlı və beynəlxalq norma və standartlara uyğun olması vacib şərtlərdən biridir.
Ənənəvi qablaşdırmadan müasir qablaşdırma vasitələrinə keçid və beynəlxalq standartlara uyğun etiketləmə üsullarının tətbiqi məhsulların ixrac potensialını artırmaqla yanaşı, onların daşınması, saxlanması və bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə də şərait yaradır.
Bu səbəbdən Agentlik ixrac prosesində iştirak edən bütün təsərrüfat subyektlərini bitkiçilik məhsullarının qablaşdırılması və etiketlənməsi ilə bağlı beynəlxalq və idxalçı ölkələrin tələblərinə ciddi riayət etməyə çağırır.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş