Bitkiçilik sahəsində bilik və bacarıqların artırılması məqsədilə maarifləndirici görüş keçirilib
28 Oktyabr 2025 12:41
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları kənd təsərrüfatı sahəsində dayanaqlılığın təmin olunması, həmçinin bitki sağlamlığının qorunması istiqamətində bilik və bacarıqların artırılması məqsədilə maarifləndirici görüş keçirib.
Görüş zamanı iştirakçılara bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin normativ tələblərə uyğun tətbiqi, saxlanma, daşınma və istifadə qaydaları, həmçinin insan sağlamlığına və ətraf mühitə təsirləri barədə ətraflı məlumat verilib.
Daha sonra müvafiq sahədə fəaliyyət göstərən sahibkarların mövzu ilə bağlı sualları cavablandırılıb, sahələrdə pestisidlərin və gübrələrin istifadəsində yol verilən ümumi nöqsanlar və onların qarşısının alınması üsulları müzakirə olunub.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş