COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
7 May 2024 17:32
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.
Cari ilin 3-6 may tarixlərində 55 ticarət və 42 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 51 ticarət və 42 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Monitorinqlər zamanı aşkarlanmış nöqsanlar aşağıdakılardır:
- qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması;
- məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması;
- izləmə sisteminin (QR kod) tətbiq olunmaması;
- mal qonşuluğu prinsipinin pozulması;
- temperatur rejiminə riayət olunmaması;
- süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması;
- istifadə müddəti bitmiş, Azərbaycan dilində markalanması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcud olması;
- sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmaması;
- mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması;
- obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin olunmaması.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
AQTA bu cür nəzarət tədbirlərini mütəmadi olaraq davam etdirəcəkdir.
Oxşar xəbərlər
Nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən “Quzanlı” kafesində yoxlama keçirilib.
COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
Cari ilin 10-13 may tarixlərində 49 ticarət və 63 ictimai-iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 46 ticarət və 62 ictimai-iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
“Keşlə” bazarında nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində fəaliyyət göstərən "Baku Food Center" MMC-yə məxsus Keşlə bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.