COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
8 May 2024 16:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.
Cari ilin 7 may tarixində 24 ticarət və 22 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 24 ticarət və 22 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Monitorinqlər zamanı aşkarlanmış nöqsanlar aşağıdakılardır:
- qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması;
- məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması;
- izləmə sisteminin (QR kod) tətbiq olunmaması;
- mal qonşuluğu prinsipinin pozulması;
- temperatur rejiminə riayət olunmaması;
- süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması;
- istifadə müddəti bitmiş, Azərbaycan dilində markalanması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcud olması;
- sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmaması;
- mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması;
- obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin olunmaması.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
AQTA bu cür nəzarət tədbirlərini mütəmadi olaraq davam etdirəcəkdir.
Oxşar xəbərlər
Dönərxanalarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilir.
Lerikdə su istehsalı müəssisəsində yoxlama aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Monidigah kəndində fəaliyyət göstərən “Şəfa” MMC-yə məxsus su istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
5-9 avqust 2024-cü il tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri, Abşeron, İsmayıllı, Lənkəran və Ağcabədi rayonları üzrə fəaliyyət göstərən 21 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.