Daha 27 müəssisədən Rusiya Federasiyasına alma ixracına icazə verilib
5 Fevral 2021 11:45
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan müzakirələr və Agentlik tərəfindən təqdim olunmuş məlumatların təhlili nəticəsində 8 fevral 2021-ci il tarixindən daha 27 müəssisədən - “Man Aqro” MMC, “Cənnət Aqro” MMC, “Şirin Aqro” MMC, “Agro İnternational” MMC, “Şimal Kəndli Fermer Təsərrüfatı” MMC, “Ulu Aqro” MMC, “Aqro Kompleks Qəbələ” MMC, “Balacabns” MMC, “Yaşıl Ranço” MMC, “Vitamin Vio” MMC, “Zərdabi adına Elmi Təcrübə Bazası” MMC, “Agroexim” MMC və Quliyeva Sərfinaz Mədət qızı, Əhmədov Vüqar Həmdulla oğlu, Əhmədov Vüqar Həmdulla oğlu, Əzizov Vüsal Natiq oğlu, Əliyev Zeynal Hacıməmməd oğlu, Məhərrəmova İradə Əmir qızı, Məmmədzadə Bayram Nüsrət oğlu, Məmmədov Bəylər Ağalar oğlu, İmanquliyev Qoşqar Bəkir oğlu, Əlihüseynov Elmar Əlfəddin oğlu, Zalov Eldar Rəsul oğlu, Kərimova Fidan Paşa qızı, Soltanov Rafiq Ağarəhim oğlu, Şıxkərimov Vüqar Zülfüqar oğlu, İbrahimov Mehman Cəfər oğluna məxsus müəssisələrdən Rusiya Federasiyasına alma ixracına icazə verilib.
Hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.
Xatırladaq ki, daha əvvəl 51 pomidor, 10 alma istehsalı müəssisəsindən də Rusiya Federasiyasına məhsul ixracına icazə verilib. Beləliklə, bu ölkəyə alma ixracı üçün icazə verilən müəssisələrin sayı 37-ə çatıb.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş