Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirilib
27 Aprel 2021 14:13
“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə bilavasitə rəhbərlər üçün dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlimlərə start verilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 6 aprel 2021-ci il tarixli, 89 nömrəli Qərarına əsasən, AQTA tərəfindən “Xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda əməkdaşlara onlayn təlim keçirilib. Təlimdə Agentliyin Aparatında və onun regional bölmələrində çalışan rəhbər vəzifəli şəxslər iştirak edib.
Təlim çərçivəsində xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə meyarları və qaydaları, qiymətləndirmə üzrə tapşırıqların müəyyən edilməsi, qiymətləndirmə nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirmə zamanı yarana biləcək problemlər və həmin problemlərin həlli yolları ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş