Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
11 Oktyabr 2024 17:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Overn-Rona-Alplar regionunda epizootik homorraji, Danimarka Krallığının Paytaxt regionunda, Avstriya Respublikasının Karintiya inzibati ərazi vahidində, İngiltərənin Qərbi Midland, Şimal-Qərb İngiltərə regionlarında blutanq, Polşa Respublikasının Podlask inzibati ərazisində nyukasl, Almaniya Federativ Respublikasının Saksoniya vilayətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Overn-Rona-Alplar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri gövşəyən heyvanların, həmçinin onlara aid genetik materialların, Paytaxt regionunda, Karintiya inzibati ərazi vahidində, Qərbi Midland və Şimal-Qərb İngiltərə regionlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Podlask inzibati ərazisində, Saksoniya vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (xəstəlik viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Qoşqar Təhməzli çörək istehsalı, dəyirman və taxıl idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftənin IV günü Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Bu çərçivədə növbəti qəbul gələn həftənin IV günü, noyabrın 28-i saat 15:30-da çörək istehsalı, dəyirman və taxıl idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçiriləcək. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Toni Holohan: AQTİ laboratoriyaları müasir tələblərə cavab verir
“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTI) laboratoriyalarında istifadə olunan avadanlıqlar müasir tələblərə cavab verir”. Bu barədə COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İrlandiyanın Vahid Sağlamlıq Mərkəzinin direktoru Toni Holohan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib. “AQTİ laboratoriyaları müasir tələblərə cavab verir. İstər heyvan əti üzərində, istərsə də tərəvəzlər üzərində aparılan testlər standartlara uyğundur. Əslində bu mövzu COP gündəmini əhatə edir. Çünki toplaşdığımız bu tədbir həm də bütün canlıların, o cümlədən insan sağlamlığının qorunmasını özündə ehtiva edir”, - deyə Toni Holohan əlavə edib. İrlandiyalı mütəxəssis tədbir barəsində fikirlərini də bölüşüb: “Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinə görə təşəkkür edirəm. Ümid edirəm burada müzakirə etdiyimiz məsələlər gələcəkdə planetimizi daha da təhlükəsiz edəcək”.
Çadia Vannu: “AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir”
“AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir” Bu fikirləri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) vahid sağlamlıq üzrə qlobal koordinatoru Çadia Vannu Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına baxış keçirərkən deyib. O, Azərbaycanda bu sahədə həyata keçirilən iş mexanizmləri və yeniliyin qlobal səviyyədə öyrədilməsi və tətbiqinin olduqca vacib olduğunu bildirib. “İki gün ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bizə öz iş mexanizmlərini geniş izah edib göstərdilər. Həqiqətən mükəmməl sistemlə öz işlərini görürlər və biz də bir çox yeni təcrübələr öyrəndik, öz təcrübələrimizi bölüşdük“ Çadia Vannu əlavə edib ki, AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir. “Hiss olunur ki, laborator analizlər peşəkar əməkşdalar tərəfindən icra olunur. Burada hər növ qida-ət, toyuq məhsulu, tərəvəzləri müasir üsullarla test etmək mümkündür”.