Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
6 Dekabr 2023 16:50
![Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür](https://afsa.gov.az/resized/resize649/center/pages/8027/whatsapp-image-2023-12-06-at-163930.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Ohayo, Merilend, Viskonsin və Corciya ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Ohayo, Merilend, Viskonsin və Corciya ştatlarında, xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
![Yasamalda ət satışı mağazasının fəaliyyəti dayandırıldı](https://afsa.gov.az/resized/resize224/center/pages/10244/whatsapp-image-2025-02-10-at-174529-1.jpg)
Yasamalda ət satışı mağazasının fəaliyyəti dayandırıldı
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 125 ünvanında yerləşən ət satışı mağazasında həyata keçirilən nəzarət tədbiri zamanı satışa çıxarılan iribuynuzlu heyvan ətlərindən nümunələr götürülərək müayinələrin aparılması üçün müvafiq laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən, götürülən həmin nümunələrdə camış və at DNT-ləri aşkarlanıb. Faktla bağlı fiziki şəxs Bayramov Vüqar Vəliqulu oğlu barəsində inzibati protokol tərtib edilib. Sözügedən mağazanın fəaliyyəti dayandırılıb.
![Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək](https://afsa.gov.az/resized/resize224/center/pages/10243/whatsapp-image-2025-02-10-at-165849.jpg)
Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər fevralın 13-ü saat 14:00-da onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
![Quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib](https://afsa.gov.az/resized/resize224/center/pages/10242/whatsapp-image-2025-02-10-at-162532.jpg)
Quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyində respublikada fəaliyyət göstən quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyətin gərgin olması barədə məlumat verilib. Quş qripinin qeydə alındığı bölgələr tədbir iştirakçılarının bir daha diqqətinə çatdırılıb. Qeyd olunan xəstəliyə qarşı mübarizə tədbirləri, həmçinin idxala dair nəzarət və tənzimləmə məsələləri müzakirə olunub. Sonda xəstəliyə şübhə hal olduğu təqdirdə Agentliyə və ya yerli baytarlıq idarələrinə məlumat verilməsi nəzərə çatdırılıb. Daha sonra görüş iştirakçılarının sualları cavablandırılıb.
![Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx](https://img.youtube.com/vi/yJzr8EyxMIo/hqdefault.jpg)