Epizootiya əleyhinə fövqəladə komissiyanın iclası keçirilib
1 Fevral 2021 18:16
Respublika üzrə epizootiya əleyhinə fövqəladə komissiyanın iclası keçirilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə keçirilən iclasda Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, şəhər və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.
İclasda çıxış edən AQTA sədrinin müavini, Respublika üzrə epizootiya əleyhinə fövqəladə komissiyanın sədri Balarəhim Quliyev respublika ərazisində xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə qoruyucu karantin, xüsusi baytarlıq tədbirlərinin və digər tədbirlərin həyata keçirilməsi qaydaların müəyyənləşdirilməsi, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlərin görülməsi, heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi göstərişlərin verilməsinin AQTA-nın vəzifələrindən olduğunu diqqətə çatdırıb.
İclasda heyvan və insanlar üçün təhlükəli olan xəstəliklərə qarşı mübarizə işlərinin vəziyyəti, konkret təklifləri hazırlanaraq həyata keçirilməsi və respublika epizootiya əleyhinə fövqəladə komissiyanın tədbirlər planının layihəsi müzakirə olunub.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş