“Erkən kəsimə son!” maarifləndirmə kampaniyası davam edir – Video
1 May 2026 14:07
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə erkən yaşda heyvan kəsiminin qarşısının alınması istiqamətində “Erkən kəsimə son!” maarifləndirmə kampaniyasını davam etdirir.
Həkim-nutrisioloq Emil Hidayətli də kampaniyaya qoşularaq vətəndaşlara çağırış edib. Onun sözlərinə görə, quzu ətinin yumşaqlığının əsas səbəbi tərkibində kollagenin olmamasıdır. Yetişmiş qoyun əti isə kollagenlə daha zəngindir. Kollagen bizim əzələlərimiz, oynaqlarımız, bağlar, vətərlər, bağırsaq divarı, dəri üçün mühümdür.
Emil Hidayətli qeyd edib ki, ətin bioloji və qida dəyəri içində yağın da böyük önəmi var: “Quzuda isə yağ azdır. Amma bizim orqanizm üçün mütləq doymuş, faydalı yağlar lazımdır. Yetişmiş ət, qoyun əti yeməklə biz faydalı yağı ala bilirik”.
Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Oxşar xəbərlər
Yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları aşkarlanıb-VİDEO
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin və DİN-in Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Malakanka” MMC-yə məxsus konservləşdirmə və ət məhsullarının emalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan ət və digər xammallar aşkarlanıb, həmçinin emal sahəsində işlənmiş fritür yağları müəyyən olunub. Emal prosesi Bakı şəhərində həyata keçirilsə də, bəzi turşu və kolbasa məhsullarının etiketlərində istehsal ünvanı kimi İsmayıllı rayonu, İvanovka kəndinin göstərildiyi müəyyən edilib. Bununla yanaşı, müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları, tərkibi, istehsal tarixi, yararlılıq müddəti və mənşəyi barədə müvafiq etiket məlumatları olmayan müxtəlif çeşidli turşu məhsulları aşkarlanıb. Eyni zamanda, müəssisənin yanındakı yarımtikilidə “Malakanka” əmtəə nişanlı süd məhsullarının təkrar istifadə üçün nəzərdə tutulmuş qablarda qanunsuz şəkildə qablaşdırıldığı məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar barəsində protokol tərtib olunub, məhsullardan laborator nümunələr götürülərək onların dövriyyəsi qadağan edilib. Yararlılıq müddəti bitmiş məhsulların məhv edilməsi və nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Link:
“The Central Point Baku” hotelinin əməkdaşları üçün HACCP təlimi keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Excelsior Hotel” MMC-yə məxsus “The Central Point Baku” hotelinin əməkdaşları üçün qida təhlükəsizliyi standartlarının yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı təmin edilməsi məqsədilə HACCP (Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemi üzrə təlim təşkil olunub. Təlim zamanı iştirakçılara HACCP sisteminin düzgün tətbiqi və idarə olunması, bu sahədə qanunvericiliyin tələbləri, eləcə də müvafiq sənədləşmə işlərinin aparılması barədə ətraflı məlumat verilib. Həmçinin qida zəncirinin müxtəlif mərhələlərində yarana biləcək bioloji, kimyəvi və fiziki təhlükələrin müəyyən edilməsi, qiymətləndirilməsi və qarşısının alınması, kritik nəzarət nöqtələrinin düzgün təyin olunması, eləcə də beynəlxalq gigiyena tələblərinin tətbiqi ilə bağlı praktiki bilik və bacarıqlar aşılanıb.
AQTA yanında Məşvərət Şurasının üzvü pestisidlərin təhlükəsiz istifadəsi ilə bağlı vacib məqamlara diqqət çəkib - VİDEO
Pestisidlərin, aqrokimyəvi maddələrin və gübrələrin keyfiyyətinin qorunması, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi üçün düzgün saxlanılması və elmi əsaslara uyğun tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu məhsullar istehsalçının müəyyən etdiyi temperatur və rütubət şəraitində, müvafiq tələblərə cavab verən xüsusi anbarlarda və orijinal qablaşdırmalarında saxlanılmalıdır. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurasının üzvü, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının üzvü Mehmet Manavoğlu bildirib. Onun sözlərinə görə, saxlanma və tətbiq qaydalarına düzgün riayət edilməsi aqrokimyəvi məhsulların keyfiyyətinin qorunmasına, insan sağlamlığına və ətraf mühitə yarana biləcək risklərin minimuma endirilməsinə xidmət edir. Ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş