Kütləvi tədbirlər zamanı istehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə qida məhsullarının daşınmasına dair tələblərə riayət olunmalıdır. Belə ki, qida məhsullarının daşınması zamanı keyfiyyət və təhlükəsizlik tam şəkildə qorunmalıdır. Tez xarab olan məhsullar yalnız xüsusi qablarda və temperatur şəraiti olan avadanlıqlarda saxlanmalı və daşınmalıdır. Qida məhsulları hazırlanarkən düzgün bişirilmə temperaturuna riayət edilməlidir. Dondurulmuş qida məhsullarının donunun açılması proseduru patogen mikroorqanizmlərin artımı və ya qidada toksinlərin əmələ gəlməsinə imkan verməyən şəraitdə həyata keçirilməlidir. Donu açılan qida məhsulları təkrar dondurularaq istifadə olunmamalıdır. Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovla görüş keçirib. Görüş zamanı Naxçıvanda biotəhlükəsizliyin qorunması, o cümlədən heyvan xəstəliklərindən azad zonaların yaradılması və heyvan mənşəli məhsulların ixrac imkanlarının genişləndirilməsi imkanları müzakirə olunub. Qeyd olunub ki, dabaq xəstəliyi üzrə ilkin mərhələdə peyvəndləmə ilə azad statusun əldə olunması məqsədilə epizootoloji, diaqnostik, logistik və digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu istiqamətdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət olunacaq. Heyvan xəstəliklərindən azad statusun alınması, həmçinin heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmalarına mühüm töhfə verəcək. Görüş zamanı heyvanların identifikasiyası, seroloji monitorinqlərin aparılması, vaksinasiya, idxal-karantin məntəqələrinin, laboratoriyaların yaradılması və digər məsələlər də müzakirə olunub. Səfər çərçivəsində Naxçıvan ərazisində, xüsusilə Muxtar Respublikanın gələcəkdə tranzit potensialını nəzərə alaraq, qida təhlükəsizliyinə nəzarətin təmin edilməsi məqsədilə müvafiq strukturun qurulması imkanları yerində dəyərləndirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Tərəflər cari ilin 24 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq haqqında Saziş”i məmnunluqla xatırlayıblar. Bildirilib ki, bu Saziş bitki sağlamlığı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə, dövlət nəzarəti altında olan malların idxal və ixrac prosedurlarının sadələşdirilməsinə, bitki xəstəliklərinin qarşısının alınmasına və mübarizə tədbirlərinin gücləndirilməsinə xidmət edir. 2025-ci ilin avqust ayından isə Pakistan İslam Respublikasının qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi Agentlik tərəfindən tanınıb. Bu qərar ixracın genişləndirilməsinə və iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə imkan yaradıb. Görüşdə həmçinin Pakistandan Azərbaycana heyvan mənşəli məhsulların idxalının həyata keçirilməsi məqsədilə baytarlıq sertifikatlarının razılaşdırılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 21 iyun tarixli sərəncamına əsasən, qida təhlükəsizliyi sahəsində və dövlət qulluğunda səmərəli fəaliyyəti ilə əlaqədar “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarına mükafatları təqdim olunub. AQTA sədri Qoşqar Təhməzli əməkdaşlara medalları təqdim edib. Bildirib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə nəzarət sisteminin daha da təkmilləşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Agentlik sədri əməkdaşlara bu vacib və məsuliyyətli işdə səmərəli xidmət göstərdiklərinə görə təşəkkür edib və bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 78 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 10 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 8-i tam sağlamlaşdırılaraq, yəni qida obyektinin qida təhlükəsizliyi tələblərinə uyğunluğu tam təmin edilərək fəaliyyəti bərpa olunub, 2-də isə müvafiq tədbirlər görülməkdədir. Sözügedən müəssisələr aşağıdakılardır:
Sentyabrın 5-də Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib. İclasdan sonra “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı” və digər sənədlər imzalanıb. Budapeştdə keçirilən XI iclasın iki ölkənin ticarət, biznes, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti yüksək dəyərləndirilir.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 11-i saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 70) 405 01 85 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib. Belə ki, Amerika Birləşmiş Ştatlarına 4.320.000 ədəd və Birləşmiş Ərəb Əmirliklərinə 1.158.460 ədəd ərzaqlıq yumurta məhsulu, İtaliya və Fransa respublikalarına 3.6 ton qurbağa ayağı məhsulu, Avstraliya, Albaniya və Kanadaya 42 kq balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 4-ü saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 70) 405 01 85 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 19-u saat 10:00-da Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib. Özbəkistanın Səhiyyə Nazirliyi yanında Sanitariya-epidemioloji rifah və ictimai sağlamlıq komitəsi sədrinin birinci müavini Nurmat Atabekovun başçılıq etdiyi nümayəndə heyəti ilə müzakirələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib, təcrübə mübadiləsi aparılıb.
Giriş