Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanında yaradılacaq İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyən namizədlərin müraciət müddəti artıq başa çatıb. Təqdim olunan sənədlər İctimai şuranın seçki komissiyası tərəfindən qiymətləndirilmiş və aşağıda qeyd edilən namizədlərin müraciəti qeydə alınmışdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb. Agentliyin əməkdaşları könüllü olaraq biraylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikas
Ölkəmizdə qida təhlükəsizliyi sahəsində birgə səmərəli fəaliyyətin inkişaf etdirilməsi və yeni təkliflərin hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın yaradılması üzrə müvafiq işlər görülməkdədir. Bu səbəbdən AQTA yanında İctimai Şuranın seçki komissiyasının növbəti iclası keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlət nəzarəti həyata keçirilir. Bu məqsədlə qanunla müəyyən edilmiş hallarda və qaydada sahibkarlıq subyektlərində yoxlamalar aparılır, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi istiqamətində tədbirlər görülür. Həmçinin Agentliyin 1003 – “Çağrı mərkəzi”nə daxil olan vətəndaş şikayətlərinin araşdırılması məqsədilə sahibkarlıq subyektlərində növbədənkənar monitorinqlər həyata keçirilir.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 2-də Lənkəran şəhər İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018”, 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2018” sərgiləri ilə tanış olub.