Fəaliyyəti məhdudlaşdırılan müəssisələrdə sağlamlaşdırma işləri davam edir
10 Sentyabr 2025 11:10
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 96 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 16 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 2-si tam sağlamlaşdırılaraq, yəni qida obyektinin qida təhlükəsizliyi tələblərinə uyğunluğu tam təmin edilərək fəaliyyəti bərpa olunub, 14-də isə müvafiq tədbirlər görülməkdədir.
Sözügedən müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Obyekt |
Fəaliyyət ünvanı |
Sağlamlaşdırma işləri |
|
1 |
Məsimov Cəlil Feyruz oğlu |
"Sərin" kafesi |
Qəbələ rayonu, Nohurqışlaq kəndi |
Sağlamlaşdırılma işləri davam edir |
|
2 |
Məhərrəmov Rafiq Əlimurad oğlu |
"Nihat" kafesi |
Qəbələ rayonu, Tikanlı kəndi |
Sağlamlaşdırılma işləri davam edir |
|
3 |
Məmmədov Namiq Murtuz oğlu |
"Qədim Laza" kafesi |
Qəbələ rayonu, Laza kəndi |
Sağlamlaşdırılma işləri davam edir |
|
4 |
Əliyev Rahim Dadaş oğlu |
"Qəbələmiz" kafesi |
Qəbələ şəhəri, 28 May küçəsi |
Sağlamlaşdırılma işləri davam edir |
|
5 |
Mustafayev Ramin Muxtad oğlu |
"Sülhan" kafesi |
Qəbələ şəhəri, H.Əliyev prospekti, Laza körpüsünün yaxınlığı |
Sağlamlaşdırılma işləri davam edir |
|
6 |
Xəlilov Ruslan Mahir oğlu |
"Kübar" kafesi |
Qəbələ şəhəri, H.Əliyev prospekti |
Sağlamlaşdırılma işləri davam edir |
|
7 |
Ukalayeva Rəisət Şəmsəddin qızı |
"Xalanın" kafesi |
Balakən şəhəri, H.Əliyev prospekti |
Sağlamlaşdırılma işləri davam edir |
|
8 |
Səfərəliyev Seymur Kərəm oğlu |
"Seymur" kafesi |
Şəki rayonu, Baş Kəldək kəndi |
Sağlamlaşdırılma işləri davam edir |
|
9 |
Bəkirov Orxan Söhrab oğlu |
"Əsgər" kafesi |
Şəki rayonu, Cəfərabad kəndi |
Sağlamlaşdırılma işləri davam edir |
|
10 |
Güliyev Rza Cahangir oğlu |
kafe |
Şəki rayonu, Baş Şabalıd kəndi |
Sağlamlaşdırılma işləri davam edir |
|
11 |
Süleymanov Gündüz Abduləli oğlu |
kafe |
Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti |
Sağlamlaşdırılma işləri davam edir |
|
12 |
Xəlilov Ceyhun Məhəmməd oğlu |
"Xan Bulağı" kafesi |
Qax rayonu, Laza kəndi |
Sağlamlaşdırılma işləri davam edir |
|
13 |
İbrahimov Fəryad Fərhad oğlu |
"Fəryad" kafesi |
Zaqatala şəhəri, Ç.Atalov küçəsi 1A |
Sağlamlaşdırılma işləri davam edir |
|
14 |
Balacayev Eldar Yəhya oğlu |
"Elte" kafesi |
Zaqatala rayonu, Əliabad qəsəbəsi |
Sağlamlaşdırılma işləri davam edir |
|
15 |
Zurabov Azad Feyzullah oğlu |
"Ayxan" kafesi |
Zaqatala şəhəri, M.Məmmədov küçəsi |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
16 |
Məmmədov Fərhad Məhəmməd oğlu |
"Vağzal" kafesi |
Zaqatala şəhəri, V.İsmayılov küçəsi 40A |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
Oxşar xəbərlər
AQTİ-də “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təlim keçirilib
AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təşkil olunub. Təlim iştirakçılarına “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib. Qida subyektlərinin nümayəndələri müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb. İnteraktiv formada təşkil edilən təlimin sonunda bəhs olunan mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq iştirakçılara sertifikatlar təqdim ediləcək.
“Gəncə Təndiri"ndə keçirilən yoxlama zamanı nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ağsu şəhəri, S.Vurğun küçəsində fəaliyyət göstərən “Gəncə Təndiri” ictimai iaşə obyektində yoxlama aparılıb. Yoxlama zamanı ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Belə ki, obyektin ümumi sanitar vəziyyətinin qənaətbəxş olmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin döşəmə və divar səthlərinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan səthlərin təmirsiz vəziyyətdə olduğu və digər nöqsanlar müəyyən edilib. Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilib
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına (EuFMD) üzv seçilib. Üzvlük çərçivəsində ölkəmiz dabaq xəstəliyinə və oxşar transsərhəd heyvan xəstəliklərə qarşı hazırlığın və nəzarətin gücləndirilməsində Komissiya ilə sıx əməkdaşlıq edəcək. Azərbaycan EuFMD proqramı vasitəsilə təklif olunan geniş texniki dəstək və imkanlardan faydalanacaq. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iki il ərzində təlim proqramlarında iştirak edəcəklər. Qeyd edək ki, üzv ölkələr dabaq və oxşar transsərhəd heyvan xəstəliklərinə nəzarət ilə bağlı bütün məsələlər üzrə texniki məsləhətlər ala biləcək, fövqəladə hallar zamanı yardım, o cümlədən böhranların koordinasiyası və cavab tədbirlərində dəstək göstəriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş