Fəaliyyəti məhdudlaşdırılan müəssisələrdə sağlamlaşdırma işləri davam edir
12 Sentyabr 2025 14:52
Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 111 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 10 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 5-i tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 5-də isə müvafiq tədbirlər görülməkdədir.
Sözügedən müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Obyekt |
Fəaliyyət ünvanı |
Sağlamlaşdırılma işləri |
|
1 |
Bəşirli Ruslan Allahyar oğlu |
“Mənzərə” kafesi |
Masallı rayonu, Qəriblər kəndi, Masallı-İstisu yolu |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
2 |
Həsənov Mirhasil Adil oğlu |
“Xan Çinar” restoranı |
Masallı rayonu, H.Əliyev prospekti, ev 30A |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
3 |
Bayramov Firudin Ulduz oğlu |
“Nurgün” kafesi |
Masallı rayonu, Gəyəçöl kəndi |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
4 |
“Nağıl Dünyası” MMC |
“Nağıl Dünyası” istirahət mərkəzi |
Masallı rayonu, Qəriblər kəndi |
Sağlamlaşdırılma işləri davam edir |
|
5 |
Həşimov Anar Soltanağa oğlu |
“Göyərçin” kafesi |
Masallı şəhəri, M.Talışxanov küçəsi |
Sağlamlaşdırılma işləri davam edir |
|
6 |
Həsənov Rəfayıl Mahir oğlu |
kafe |
Lənkəran şəhəri, Mir Mustafaxan küçəsi 166 |
Sağlamlaşdırılma işləri davam edir |
|
7 |
Həsənova Elnurə Xanbaba qızı |
“Yeddi Bulaq” restoranı |
Lənkəran rayonu, Kənarmeşə kəndi |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
8 |
Tarverdibəyli Tural Niyaz oğlu |
“Qala” ailəvi istirahət mərkəzi |
Lerik rayonu, Vizəzəmin kəndi |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
9 |
Mikayılova Aynur Adil qızı |
“Sahil” kafesi |
Astara şəhəri, Gənclər küçəsi, dəniz sahili |
Sağlamlaşdırılma işləri davam edir |
|
10 |
İmanov Mərdan Ağabala oğlu |
“Qaragilə” restoranı |
Yardımlı rayonu, Yardımlı-Masallı avtomobil yolu, 26-cı km |
Sağlamlaşdırılma işləri davam edir |
Oxşar xəbərlər
Azərbaycanla Serbiya Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb
Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olub. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın kənd təsərrüfatı, meşəçilik və su təsərrüfatı naziri Draqan Qlamoçiç mübadilə ediblər.Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olub. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın kənd təsərrüfatı, meşəçilik və su təsərrüfatı naziri Draqan Qlamoçiç mübadilə ediblər.
Özbəkistanda səfərdə olan AQTA nümayəndə heyəti fitosanitar laboratoriya ilə tanış olub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri davam edir. Səfərin növbəti günündə nümayəndə heyəti Özbəkistanın Fitosanitar laboratoriyasına baş çəkib. Nümayəndə heyəti laboratoriyanın fəaliyyəti, maddi-texniki bazası, mövcud infrastruktur imkanları, kadr potensialı və tətbiq olunan nəzarət mexanizmləri ilə tanış olub. Eyni zamanda nümunəgötürmə prosesi, laborator müayinələr, fitosanitar risklərin qiymətləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti, həmçinin itlərin iştirakı ilə həyata keçirilən fitosanitar yoxlamaların təşkili, istifadə olunan nəqliyyat vasitələri və beynəlxalq ticarət əməliyyatlarına nəzarət məqsədilə yaradılmış struktur bölmələrin fəaliyyəti ilə tanış olub. Daha sonra Asiya İnkişaf Bankının ekspertləri ilə onlayn formatda görüş keçirilib. Görüş zamanı Özbəkistan tərəfinin hazırladığı sənəd nəzərdən keçirilib, qida təhlükəsizliyi sahəsində Azərbaycanın təcrübəsi bölüşülüb, həmçinin Özbəkistanda yaradılması planlaşdırılan qurumla bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, AQTA nümayəndə heyəti Azərbaycanın qida təhlükəsizliyi sahəsində formalaşdırdığı idarəetmə modelinin Özbəkistanda tətbiqi məqsədilə Daşkənddə işgüzar səfərdədir.
Qurban Qurbanov: Futbolçularımız sağlam qidalanmada peşəkar yanaşmanın faydasını görür
“Laboratoriyalarla tanışlıqdan sonra təəssüratlarım çox xoşdur. Biz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yarandığı gündən əməkdaşlıq edirik. İdmançının sağlamlığı çox önəmlidir, onun sağlam qidaya daima ehtiyacı var. AQTA rəhbərliyi ilə söhbətlərimiz əsnasında həmişə vurğulayırıq ki, komanda üzvlərinin qidalanması sağlam olmalıdır”. Bu fikirləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ilə tanışlıqdan sonra deyib. Baş məşqçi vurğulayıb ki, İnstitutun əməkdaşı həm də klubun diyetoloqu kimi fəaliyyət göstərir: “Futbolçular peşəkar yanaşmanın faydasını görür. Sağlam qidalanmanın nəticələrimizdə çox böyük rolu var” – deyə, baş məşqçi əlavə edib. Q. Qurbanov yaradılan şəraitə görə təşəkkürünü bildirib və bu cür təşəbbüslərin ölkədə sağlam nəslin formalaşmasına, gənclərin inkişafına və idmanın daha da güclənməsinə töhfə verdiyini əlavə edib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş