Fəaliyyətində nöqsanlar aşkarlanan dönərxanalarla bağlı müvafiq tədbirlər görülür
3 Oktyabr 2024 17:30
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən dönərxanalarda aparılan monitorinqlər zamanı götürülmüş məhsul nümunələrində aşkarlanan mikrobioloji çirklənmə ilə əlaqədar olaraq Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən, fiziki şəxs Abdulxaliqov Anar Asif oğluna məxsus “Ye-Doy Dönər” və Səbail rayonu, Badamdar şosesində yerləşən, fiziki şəxs Quliyev Qurban İlqar oğluna məxsus “Kürə Təndir” iaşə obyektlərində yoxlama keçirilib.
Baxış zamanı iaşə obyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin aşağıda qeyd olunan bir sıra nöqsanlar müəyyən olunub:
- məhsulların divardan və yerdən ara məsafə gözlənilmədən saxlanıldığı;
- soyuducuda mal qonşuluğu qaydalarının pozulduğu;
- havalandırma sisteminin quraşdırılmadığı;
- sanitar qovşağın birbaşa emal sahəsinə açıldığı;
- qida məhsulları ilə təmasda olan səthlərin gigiyenik materialla üzlənmədiyi;
- yuma sahəsində döşəmə, tavan və divarların tamlığının pozulduğu;
- işçi heyətin sağlamlıq arayışlarının mövcud olmadığı və müvafiq geyim, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi;
- ağzıaçıq tullantı qablarından istifadə olunduğu və sair.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb, iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə şəhərində və Göygöl rayonunda yerləşən qida emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Baxış zamanı Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən "Nurçin-2017" MMC-də, həmçinin Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Qida təhlükəsizliyi tələblərinin təmin olunmasının, eləcə də istehsal imkanlarının genişləndirilməsinin, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş