Fındıq ixracatçıları ilə görüş keçirilib
23 Noyabr 2021 14:26
![Fındıq ixracatçıları ilə görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/3190/16824827325864.jpg)
![Fındıq ixracatçıları ilə görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/3190/16824827325864.jpg)
2021-ci il noyabrın 20-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılovun iştirakı ilə Zaqatala rayonunda fındıq ixracatçıları ilə görüş keçirilib.
Görüşdə fındıq ixracı zamanı qarşıya çıxan əsas problemlər, ixrac prosesi, məhsullardan götürülmüş nümunələrin müayinələrinin nəticələri və təhlükəsiz məhsul istehsalı ilə bağlı müzakirələr aparılır. İnteraktiv şəkildə təşkil olunmuş görüşdə sahibkarları narahat edən məsələlər, həmçinin fındıqda aflatoksin problemi və onun aradan qaldırılması yolları istiqamətində fikir mübadiləsi aparılıb. Xüsusilə laborator sınaq müayinələri zamanı aflatoksin miqdarının yol verilən həddən artıq olan məhsul partiyalarının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının müvafiq qərarının tələblərinə uyğun şəkildə icra olunmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə aflatoksin yaradan göbələklərin əmələ gəlməsinin bağdan başladığı, erkən məhsul yığımı və ya uyğunsuz qurudulma səbəbi ilə aflatoksinin inkişaf etdiyi, saxlanılma və daşınma müddətində isə yoluxmanın daha da artdığı sahibkarların nəzərinə çatdırılıb.
Görüşdən sonra ayrı-ayrı fındıq emalı müəssisələrinə baxış keçirilib, aparılan emal və istehsal prosesləri ilə tədbir iştirakçıları yaxından tanış olub.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)