Fumiqasiya - bitki və bitkiçilik məhsullarının zərərvericilərdən təmizlənməsi
30 Oktyabr 2025 10:23
Fumiqasiya (zərərsizləşdirmə) tədbirləri, karantin nəzarətində olan bitki və bitkiçilik məhsullarının zərərvericilərdən təmizlənməsi məqsədilə qaz və buxar halında olan kimyəvi maddələr vasitəsilə həyata keçirilən prosesdir. Bu tədbirlər əsasən xüsusi hazırlanmış bərk formalı tabletlər və ya maye halında olan fumiqant preparatlarının tətbiqi ilə aparılır.
Fumiqasiya yalnız müvafiq hazırlıq keçmiş mütəxəssislər tərəfindən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fumiqasiya dəstəsi tərəfindən həyata keçirilir. Bu tədbirlərə nəzarət isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təmin olunur.
Fitosanitar tələblərə uyğun olaraq, fumiqasiya idxal-ixrac əməliyyatları zamanı məhsulların beynəlxalq tələblərə uyğun zərərsizləşdirilməsini təmin etmək məqsədilə icra olunur. Eyni zamanda, bu tədbirlər daxili daşınma zamanı, saxlama anbarlarında, topdan və pərakəndə satış məntəqələrində də aparıla bilər.
Fumiqasiya tədbirləri Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) çərçivəsində qəbul edilmiş ISPM 15 – “Taxta qablaşdırma materiallarının beynəlxalq ticarətdə tənzimlənməsi” beynəlxalq fitosanitar standartına əsaslanır.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş