Gəncədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıb
1 İyul 2024 16:02
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gəncə şəhəri, A.Səhhət küçəsi, bina 20, mənzil 5 ünvanında yerləşən “Eldar” aptekdə keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.
Belə ki, aptekdə aşkarlanan “Bəyaz Flora” MMC-yə məxsus 18 ml şüşə flakonlu “Stopain” əmtəə nişanlı qulaq damcısının gigiyenik vasitə olmasına baxmayaraq istifadə təlimatında (içlik vərəqə) bioloji aktiv qida məhsulu olduğu göstərilib. Həmçinin yoxlama zamanı aptekdə istifadə müddəti bitmiş “Kalmapol” və “OsteoCal-D” nişanlı bioloji aktiv qida məhsulları aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, nöqsan aşkarlanmış məhsullarla bağlı məhdudlaşdırıcı tədbir görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş