Gəncədə fəaliyyət göstərən marketdə nöqsanlar aşkar edilib
19 Aprel 2022 16:34
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, M. A. Abbaszadə küçəsi, ev 65 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əsgərli İltimas Lətif qızının istifadəsində olan “Dalğa” marketdə keçirilən planlı yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin, mal qonşuluğu prinsipinin kobud şəkildə pozulduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam edir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
Cüdo üzrə Dünya Çempionatında qida təhlükəsizliyinə ciddi nəzarət edilir-VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə keçirilən bütün beynəlxalq və kütləvi tədbirlərdə olduğu kimi, Cüdo üzrə Dünya Çempionatı zamanı da qida təhlükəsizliyinin təmin olunmasına ciddi nəzarət edir. Çempionat çərçivəsində AQTA-nın 17 əməkdaşı yarışın keçirildiyi ərazidə və iştirakçıların yerləşdiyi otellərdə qida məhsullarının saxlanılması, hazırlanması və təqdim olunması proseslərini, eləcə də sanitar-gigiyenik tələblərə riayət edilməsini nəzarətdə saxlayır.
“Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, “Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib. Bazarda sanitariya norma və qaydalarının, eləcə də texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Baxış zamanı ət, süd və balıq məhsullarının temperatur rejiminə əməl edilmədiyi, müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların satışa çıxarıldığı, məhsulların saxlanılması üçün xüsusi soyuducuların təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər ciddi nöqsanlar aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş