Gəncədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb
24 İyun 2024 16:59
Daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları ilə birgə Gəncə şəhəri, Ə.Nəcib küçəsində gizli fəaliyyət göstərən Zeynalov Vəlixan Azər oğluna məxsus sexdə reyd keçirib.
Yoxlama zamanı sexdə normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub. Belə ki, müxtəlif əmtəə nişanlı şüşə butulkalar yuyulub təmizlənərək saxta üsullarla (“Banketnaya Yubiley” nişanlı 36 ədəd 0.7 litrlik, “Medalyon M” nişanlı 12 ədəd 0.250 litrlik, “Arxangels” nişanlı 1 ədəd 1 litrlik və 1 ədəd 0.5 litrlik, “Formula” nişanlı 2 ədəd 1 litrlik və 2 ədəd 0.7 litrlik, “Banketnaya Yaşıl” nişanlı 1 ədəd 0.7 litrlik, “Miraj” nişanlı 5 ədəd 0.7 litrlik) qablaşdırılmış içkilər, həmçinin etiketləri müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, 2 ədəd nerj materialdan olan çəlləkdə saxta alkoqollu içkilərin hazırlanmasında istifadə edilən 67 litr su-spirt qarışığı aşkarlanıb. Müayinələrin aparılması üçün hazır məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Eyni zamanda qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş