Gəncədə təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub
26 Oktyabr 2021 10:04
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, A.Səhhət küçəsi 24 ünvanında fəaliyyət göstərən fiziki şəxs Qasımov Zaur Rasim oğluna məxsus "Tural” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Yoxlama zamanı müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara məlumat verilib.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
Nöqsanlar aşkarlanan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Qazax rayonu, N.Nərimanov qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Nuriyev Etibar Əhməd oğluna məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya norma və qaydalarına əməl olunmadığı aşkarlanıb. Belə ki, qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ tələblərə uyğun olmadığı, müəssisədə döşəmə, divar və tavanın təmirsiz olduğu, səthlərin korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, istifadə edilən alət və avadanlığın təmiz saxlanmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin müvafiq sanitar geyimlə təmin olunmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2025-ci il 6-10 yanvar tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masalı, Lənkəran, Ağcabədi, Bərdə rayonlarında fəaliyyət göstərən 39 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır: № Sahibkarlıq subyekti Ünvan Görülən tədbir Bakı şəhəri üzrə 1. Ərzimanov Natiq Ələhməd oğlu Suraxanı rayonu, Yeni Suraxanı, 14 İyul küçəsi İnzibati protokol tərtib edilib 2. Məmmədov Atim Fazil oğlu Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi İnzibati protokol tərtib edilib 3. Rüstəmov Kamil Həsrət oğlu Suraxanı rayonu, Yeni Suraxanı, 14 İyul küçəsi İnzibati protokol tərtib edilib 4. Cəfərov Misirxan Namaz oğlu Sabunçu rayonu, Zabrat yolu, Babək küçəsi İnzibati protokol tərtib edilib 5. Allahverdiyev Elnur Səfər oğlu Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi İnzibati protokol tərtib edilib 6. Fətəliyev Natiq İsa oğlu Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi İnzibati protokol tərtib edilib 7. Qarayev Qədirağa Allahverdi oğlu Sabunçu rayonu, Balaxanı qəsəbəsi İnzibati protokol tərtib edilib 8. Süleymanov Cavad Gülhüseyn oğlu Sabunçu rayonu, Balaxanı qəsəbəsi İnzibati protokol tərtib edilib 9. Əliyev İlqar Hacıbala oğlu Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi İnzibati protokol tərtib edilib 10. Rzayev Rafail Rafiq oğlu Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi İnzibati protokol tərtib edilib 11. Bünyadov Coşqun Əli oğlu Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi İnzibati protokol tərtib edilib 12. Məlikov Simran Əminağa oğlu Xəzər rayonu, Binə qəsəbəsi İnzibati protokol tərtib edilib 13. Cəbrayılov Raqif İdris oğlu Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi İnzibati protokol tərtib edilib 14. Musayev Hacı Əvəz oğlu Xəzər rayonu, Binə qəsəbəsi İnzibati protokol tərtib edilib 15. Ağayev İlham Ələkbər oğlu Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi İnzibati protokol tərtib edilib 16. Novruzov Tərxan Rəhman oğlu Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi İnzibati protokol tərtib edilib 17. Dadaşov Elsevər Rəhim oğlu Sabunçu rayonu, Zabrat qəsəbəsi İnzibati protokol tərtib edilib 18. Məmmədov Vüqar Mahmud oğlu Xəzər rayonu, Binə qəsəbəsi İnzibati protokol tərtib edilib 19. Həşimov Ramin Xudaşükür oğlu Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi İnzibati protokol tərtib edilib 20. Əliyev Qədim Qədir oğlu Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi İnzibati protokol tərtib edilib 21. Əliyev Əlfiyar Fətəli oğlu Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi İnzibati protokol tərtib edilib 22. Abdullayev Xanbala Əlibaba oğlu Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi İnzibati protokol tərtib edilib 23. Balayev Əli Vahid oğlu Xəzər rayonu, Mərdəkan qəsəbəsi İnzibati protokol tərtib edilib 24. Hüseynov Ceyhun Qubad oğlu Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi 41 İnzibati protokol tərtib edilib 25. Abdullayev Bahadır Yəhya oğlu Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi İnzibati protokol tərtib edilib 26. Dadaşov Əli Nizami oğlu Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi İnzibati protokol tərtib edilib Lənkəran rayonu üzrə 27. Babazadə Asim Sərhad oğlu Şürük kəndi İnzibati protokol tərtib edilib Masallı rayonu üzrə 28. Kərimov Bəhruz Səlim oğlu Ərkivan kəndi İnzibati protokol tərtib edilib 29. Səfərov Saməddin Rəhim oğlu 20 Yanvar küçəsi İnzibati protokol tərtib edilib 30. Dadaşov Burhan Abdul oğlu 20 Yanvar küçəsi İnzibati protokol tərtib edilib 31. Səfərov Balasət Rəhim oğlu 20 Yanvar küçəsi İnzibati protokol tərtib edilib Ağcabədi rayonu üzrə 32. Baratlı Elşən Rövşən oğlu H.Əliyev prospekti İnzibati protokol tərtib edilib 33. Hüseynov Cəmaləddin Arif oğlu H.Əliyev prospekti İnzibati protokol tərtib edilib 34. Quliyev Zakir Rəsul oğlu N.Nərmanov küçəsi İnzibati protokol tərtib edilib Bərdə rayonu üzrə 35. Həsənov İlham Elşən oğlu H.Aslanov küçəsi İnzibati protokol tərtib edilib 36. Məmmədov Sərxan Şakir oğlu Zümürxan kəndi İnzibati protokol tərtib edilib 37. Balıyev Rauf Kifayət oğlu Zümürxan kəndi İnzibati protokol tərtib edilib 38. Nadirov Orxan Asif oğlu Koroğlu küçəsi İnzibati protokol tərtib edilib 39. Məmmədov Kamil Cəmil oğlu Koroğlu küçəsi İnzibati protokol tərtib edilib
Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
Daxil olan müraciət əsasında Masallı rayonu, Köhnə Alvadı kəndində fəaliyyət göstərən, Abuşov Ümid Alış oğluna məxsus “Alış” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları (qənnadı, makaron, süd, kolbasa) aşkarlanıb. İstifadə müddəti bitmiş məhsulların satışının qarşısı alınıb və faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.