Genetik modifikasiya edilmiş orqanizmlər mövzusunda görüş keçirilib
5 Mart 2021 14:23
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi sahəsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi istiqamətində müxtəlif ölkələrin aidiyyəti qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.
Bu istiqamətdə AQTİ əməkdaşları ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri arasında “Genetik modifikasiya edilmiş orqanizmlər (GMO)” mövzusunda görüş keçirilib. Görüşdə ölkəmizdə geni modifikasiya olunmuş məhsullar haqqında yeni qanun layihəsinin hazırlanması və gələcək əməkdaşlıq perspektivləri haqqında məlumat verilib. Tədbirdə həmçinin GMO məhsullarının ilkin baxışı və laborator analizləri üçün təlimlərin keçirilməsinin vacibliyi, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda AQTİ və Amerikanın ölkəmizdəki səfirliyi arasında ölkəmizdə qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə AQTİ əməkdaşlarına xarici mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi və birgə layihələrin hazırlanmasına dair ilkin razılıq əldə olunub.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş