Goranboyda fəaliyyət göstərən çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
18 May 2022 12:16
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Goranboy rayonu, Xoylu kəndində fəaliyyət göstərən, fiziki şəxs Babayev Namiq Hidayət oğluna məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib. Baxış zamanı texnoloji əməliyyatların gedişi prosesinin, məhsulların hazırlandığı və istehsal olunduğu sahələrin normativ tələblərə uyğun olmadığı, həmçinin işçi heyətin ilkin və dövrü olaraq tibbi müayinədən keçmədiyi və şəxsi gigiyena qaydalarına əməl etmədiyi məlum olub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, pozuntuların aradan qaldırılması və müəssisənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam edir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb. Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb. Link:
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib. İctimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş