Goranboyda şadlıq sarayında sanitar-texniki və sanitar-gigiyenik tələblər pozulub
7 May 2026 12:10
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Goranboy rayonu, Düzqışlaq kəndində fəaliyyət göstərən, Verdiyev Azər Nəriman oğluna məxsus “Eşqin” şadlıq sarayında yoxlama keçirib.
Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İctimai iaşə obyektində havalandırma sisteminin quraşdırılmadığı, manqalxana, soyuq qəlyanaltıların hazırlanması və yuma sahəsində döşəmə, divar səthlərinin asan yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan alət və avadanlıqların təmiz saxlanılmadığı və korroziyaya uğradığı aşkarlanıb.
Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.
Oxşar xəbərlər
“Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntüləri təqdim edilib - Video
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada “Alp Delux” şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
AQTA zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin xaricdən keçə biləcək xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri həyata keçirir.
Ağcabədi rayonunda yerləşən “7 Gözəl” şadlıq evində nöqsanlar aşkar edilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, B.Sərdarov küçəsi ünvanında fəaliyyət göstərən sahibkar Quliyev Pərviz Əlayiq oğluna məxsus “7 Gözəl ” şadlıq evində yoxlama həyata keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş