Göyçayda qanunsuz fəaliyyət göstərən ictimai iaşə müəssisəsi aşkarlanıb
14 İyul 2021 16:49
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Göyçay rayonu, İnçə kəndində yerləşən, fiziki şəxs Sədiyev Vasif Ağasəf oğluna məxsus kafedə yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və müəssisədə sanitar vəziyyətin qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl olunmadığı müəyyən olunub. Eyni zamanda, əməkdaşların dövri tibbi müayinədən keçirilmədiyi aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Oxşar xəbərlər
Gəncədə qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı monitorinq keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Gəncə şəhər İcra hakimiyyəti və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə şəhər ərazisində qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı monitorinq keçirib. Monitorinq zamanı Gəncə şəhəri, 4-cü mikrorayon ərazində baytarlıq nəzarəti olmadan, xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkarlanıb. Yerli icra orqanlarının əməkdaşları tərəfindən dəmir konstruksiyalar sökülüb. Sahibkarla maarifləndirici söhbət aparılıb, pozuntulara yol verilməməsi barədə tapşırıqlar verilib.
Xankəndidə mağazada istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xankəndi şəhərində fəaliyyət göstərən, sahibkar Qasımov Mahir İsmayıl oğluna məxsus şərab satışı mağazasında yoxlama keçirib. Mağazada yararlılıq müddəti ötmüş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. Həmçinin sanitariya normaları və qaydalarının pozulduğu müəyyən edilib. Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.
“Fırınçı” kafesində yoxlama keçirilib
Vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən, fiziki şəxs Firudunov Seyid Allahverdi oğluna məxsus “Fırınçı” kafesində yoxlama keçirib. İctimai iaşə obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, işçi masaların yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş