Göygöldə fəaliyyət göstərən hisə verilmiş balıqların istehsalı müəssisəsində nöqsanlar aşkar edilib
13 Oktyabr 2022 10:36
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Göygöl rayonu, Quşqara kəndində fəaliyyət göstərən “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıqların istehsalı müəssisəsində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların və istehlakçıların hüquqlarının pozulduğu aşkar edilib. Belə ki, istehsal sahəsinin sanitar vəziyyətinin qənaətbəxş olmadığı, avadanlıqların korroziyaya davamlı materialdan təşkil edilmədiyi, mal qonşuluğu qaydalarına riayət olunmadığı, istehsal olunan məhsulların etiket məlumatlarında istehsal və son istifadə tarixlərinin düzgün qeyd edilmədiyi müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, məhsulların satışa çıxarılmasının qarşısı alınaraq məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş